Üzür məni həsrətinin,
Ürək sıxan hərisi.
Mən İlahi qüdrətinin,
Parlayan su pərisi.
Uzaq düşməm dənizimdən,
Xəzər mənim atamdır.
Qorxma mavi bənizimdən,
Görüş yeri adamdır.
O adanın sakininə,
Dayan, dur deyəmməzsən.
Ammasına, lakininə,
Cümlə qur deyəmməzsən.
Iki nəfərlik adanın
Heç bir ehtiyacı yox.
Daim şənlikdir burada
Qüssə, ağrı-acı yox.
Təlatümlü dənizimn,
Dalğaları oyuncaq.
Axtar-ara sən izimi,
Söhbət edək doyunca.
Bəlkə bir gün məğlub ollam,
Dalğalarla döyüşdə.
Həyatıma nöqtə qoyam,
Səninlə son görüşdə.
Nə istərsən bu dünyadan,
Nə istərsən de görüm.
Hicrin qara çörəyini,
Şirin-şirin ye görüm.
Kayıt Tarihi : 14.07.2026 06:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!