Ne deyim ki. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ne deyim ki.

Indi sənə nə söyləyim, nə deyim,
Gələmmədim bu baharda, bağışla.
Soyunmuşam varlığımı.Nə geyim?
Titrəyirəm atəş yağan baxışdan,

Son baharın ilk bahardan fərqi yox,
Gəncliyinə qayıtmaz ki qocalıq.
Bu diyarın şimalı yox, şərqi yox,
Mavi rəngə boyatmaz ki ucalıq.

Qucaqlayıb qara ələm bayrağı,
Ayrılğın yollarına as, ağla.
Bucaqlayıb bir azca nəm torpağı,
Yaraların üstünəcə bas, ağla.

Məlhəm olar bəlkə könül yarama,
Ağrısın, acısını götürər.
Hazırlaşaq, dönəcəyik arana,
Dağlar bizi düzə qədər ötürər.

Sahmanını pozmayaq bu dünyanın,
Necə varsa eləcə də qalsın qoy.
Yuxusunu yozmayaq qu dünyanın,
Səmum yeli nəğməsini çalsın qoy.
11.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu