Dünyanın rəngi bombozmuş,
Qara gördüm,mən nə bilim.
Içi susuzmuş,bomboşmuş
Yalançıymış çən,nə bilim.
Il keçdi,qəm cavanlaşdı,
Çörəyimiz yavanlaşdı.
Hey sərtləşdi,yamanlaşdı
Nədən artdı dən,nə bilim.
Başım üstdə ilham pərim,
Azalmayır alın tərim.
Bir də nə vaxt üzübəri,
Dönəcəksən sən,nə bilim.
Kayıt Tarihi : 20.6.2018 07:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/ne-bilim-3.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!