Nazperi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nazperi

Səsin gəlsin elqızı.
Oxuma sən az, pəri.
Ay göylərin ulduzu,
Bahar pəri, yaz pəri.
Nazpəri.

Həyatın sevincin dad.
Eylə öyənləri yad.
Olsun ürəyimiz şad,
Xoş səs,xoş avaz pəri.
Nazpəri.

Şərik olma qəmimə,
Kədər dolu dəmimə.
Toxunma sarı simə,
Qırılar, qalmaz pəri.
Nazpəri.

Gözəllik aşiqiydi,
Gözünün işığıydı.
Atan el aşığıydı,
Sən də bir çal saz, pəri.
Nazpəri.

Susmayır şeyda bülbül,
Həmişə fərəhlən, gül.
Sənin tək ərirli gül,
Heç zaman solmaz, pəri.
Nazpəri.

Ömrün getməsin hədər,
Ən gözəl çiçəyi dər.
Gözəl simanı kədər,
Bir daha almaz, pəri.
Nazpəri.

Tərk etdin qəfəsini,
Azad al nəfəsini.
Eşidəndə səsini,
Gözlərim dolmaz, pəri.
Nazpəri.

Sən ol ürək həkimi,
Qoyma yaxına kini.
Dünyada sənin kimi,
Bir gözəl olmaz, pəri.
Nazpəri.

Ötən günləri anma,
Çam tək əriyib yanma.
Sevinci şair sanma,
Yazıram az-az pəri.
Nazpəri.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!