Naxışla ömrümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Naxışla ömrümü

Sinəmdəki ürəkdən də qorxuram.
Arzudan da, diləkdən də qorxuram.
Yağışdan da, küləkdən də qorxuram,
Söz deməmiş gözlərimi oyan var.

Özgə ömür yaşayıram röyada,
Ayrılmıram şəkər dadlı xülyadan.
Bilirsənmi bu işıqlı dünyada
Məni sənsiz, səni mənsiz qoyan var.

Ətrafı gözaltı kədərlə süzüb,
Göz yaşın muncuq tək üzünə düzüb,
Qohumdan, tanışdan əlini üzüb,
Fikirləşmə həsrətindən doyan var.

Aşikardır vüsalın mərd olduğu,
Sənsizliyin çəkilməz dərd olduğu.
Uzaqdanca sezib namərd olduğun,
Ayrılığın maskasını soyan var.

Özüməcə sən bağışla ömrümü.
Döymə gülüm qar -yağışla ömrümü.
Nə olar ki gəl naxışla ömrümü,
Əlin altda neçə fırçan, boyan var.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 11:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu