Naxış men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Naxış men

Közlərimdən çəkilən,
Sözlərimdən əkilən,
Gözlərimdən tökülən
Həya sənsən, yağış mən.

Dərisi soyulmayan,
Gözündən oyulmayan.
Sel-sudan yuyulmayan,
Boya sənsən,naxış mən.

Nə yatmısan,tez oyan,
Sübhün nuruna boyan.
Dünyaya sevgi yayan,
Ziya sənsən, baxış mən.

Kim söz deyər mənə, kim,
Sis qarışıb çənə ki.
Inanmırlar sənə ki,
Riya sənsən, alqış mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2020 11:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu