Bir ürəyim, bir sehirim, bir şaman,
Bir atım var, bir yəhərim, bir saman,
Inamı var bar verəcək bir zaman,
Səhradaca yaşıl ağac əkəcək.
Həmin dağdır, həmin dərə, həmin düz,
Maviliyə bürünübdür çəmən, düz.
Yaram üstə, dostum azca səpin duz.
Yandırmağı neçə müddət çəkəcək.
Ay günəşi, günəş ayı aradı,
Ay günəşin tellərini daradı.
Bu gecəmi ulduzların paradı,
Üzərimə minbir naxış çökəcək.
Gəzdim çölü, dağ-dərəni, aranı,
Tapammadım alagözlü Saranı.
Gün çıxacaq, yox edəcək qaranı,
Göydən yerə bəyaz alıqış tökəcək.
Gurlayacaq həm qılınclar əmudlar,
Azalacaq gələcəyə umudlar.
Göz yaşıyla dolu mavi buludlar,
Inləyibən köksüm altın sökəcək.
Kayıt Tarihi : 13.12.2021 10:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!