Sarılaram qollarına,
Darılaram dollarına.
Bulud olub yollarına
Yağış çilərəm, çilərəm.
Göz açıb nurlu sabaha,
Kimsəyə dərd deməm daha.
Üzümü tutub Allaha
Alqış dilərəm, dilərəm.
Qara buludlar dağınıq,
Yamanca yağdı yağınıq.
Göydəki göy qurşağını,
Naxış bilərəm, bilərəm.
Kayıt Tarihi : 24.2.2022 10:54:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/02/24/naxis-bilerem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!