Naxıışla Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Naxıışla


Hicr önündə dayanmağa nər gərək,
Həyəcandan axıtmağa tər gərək.
Yaman döndüm ,eh. Mən naşı zərgərə,
Qiymətini verəmmədim,alqışla.

Ağ rəngini boyamadım qaramla,
Dərd üstünə dərd qoymadım yaramla.
Gedişini izlədim də aramla,
Gəlişini görəmmədim, bağışla.

Xəfif əsər pəncərənin tülləri,
Dəyib ona sevdalımın əlləri.
Qucağıma yığdım əlvan gülləri,
Sənə çələng hörəmmədim naxışla.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.11.2019 07:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu