Bağlayıb dost bazarını,
Seyr eyləyib güzarını,
Bu dünyanın əzabını
Kimlər daşır çiynində.
Alışana söylə can ki,
Od-közünə sən də yan ki...
Canlı orkestirdir sanki,
Simlər çaşır beynində.
Odlu-gözlü xatirələr,
Şirin sözlü xatirələr,
Alagözlü xatirələr
Inlər naşı eynində.
Kayıt Tarihi : 10.12.2019 07:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!