Uğur soyum, zəfər adım,
Unudulmaz zəfər andım.
Xoş ətirli zəfərandım,
Külək əsdi,zirinc oldum.
Su qalmayıb bəyaz novda,
Ləzzət etmir daha ov da.
Qucaqladı qara sevda,
Qəm əlində girinc oldum.
Gizlədirəm heyrətimi.
Oğradılar ziynətimi.
Bilmədilər qiymətimi,
Qızıl ikən bürünc oldum.
Yaman uyutdular məni,
Gedib unutdular məni.
Qüssəyə tutdular məni,
Ağlar qaldım,zarınc oldum.
Ağ alına yazılıydım,
Qum üstünə qazılıydım.
Gümüşücə cızılıydım.
Günəş doğdu,narınc oldum.
Solmayacaq cənnət bağı,
Tənha qalmaz Ağrı dağı.
Ərkğyündüm uşaq çağı,
Böyüdükcə çox dinc oldum.
Ayrılıqla döyüşəcəm,
Dost-tanışla əyişəcəm.
Sanırdımki dəyişəcəm,
Eh, əvvəlki Sevinc oldum.
Kayıt Tarihi : 5.8.2023 15:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!