Vüsalın boynumdan asılı qalıb,
Əlləri hər yerdən kəsili qalıb.
Beynində intihar üsulu qalıb,
Mən fani dünyanın dar ağacıyam.
Yaşılı geyib də soyar adamlar,
Bilməz heç eyib də, oyar adamlar.
Sözümdən yeyib də doyar adamlar,
Həmişə ətirli bar ağacıyam.
Bu sevgi nağılı deyən uzundur,
Üşüyən qəlbimi sözlə qızındır.
Dəyişə bilmərik, alın yazımdır,
Meyvəsi sevilən nar ağacıyam.
Kayıt Tarihi : 5.5.2018 19:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!