Nağıldır, quzum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nağıldır, quzum

Yoxdur yer üzündə tayı-bənzəri,
Tanrının çəkilməz ondan nəzəri.
Yenə də sevirik mavi Xəzəri,
Gün-gündən artsa da suların duzu.

Qaranlıq mühitdə rəngi solsa da,
Ağrıdan-acıdan gözü dolsa da,
Şıltaq su pərisi dostu olsa da.
Sahilə çıxmaz ki dəniz ulduzu.

Gül qoyaq bülbülün ötdüyü yerə,
Qəmli nəğməsinin bitdiyi yerə.
Baş çəkək həsrətin itdiyi yerə,
Əbədi ərisin ayrılıq buzu.

Sən mənim ömrümün hekayətisən,
Vüsalın hicrandan şikayətisən.
Deyən çox sevirsən rəvayəti sən,
Bu həyat özü də nağıldır, quzum.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 17:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu