Çəkmə gəl sən məni belə dara, gül.
Sonda qismət oldun zalım xara, gül.
Könlümün başında bitib qara gül,
Al rəngli o gözəl laləni neynim.
Olacaq özümə qənim, göz yaşım,
Çiskinim, dumanım, çənim göz yaşım.
Gül üstə süzülər mənim göz yaşım.
Yuyacaq o parlaq jaləni, neynim.
Həyatın mənası uzaqda qaldı.
Şəklimiz əbədi bulaqda qaldı.
Əzizim, sədası qulaqda qaldı,
Unuda bilmirəm naləni, neynim.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!