Gecənin sükutu gözəl tamaşa,
Yenə sənin ilə verdik baş-başa.
Sevgimiz dəyməsin qayaya,daşa
Tək sənsən qeydimə qalan əzizim.
Günlərin birində yıxılıb ölsəm,
Yoxluğum varlıqdan çıxılıb, ölsəm
Kədərdən, qüssədən sıxılıb ölsəm.
Olarmı qəlb evin talan, əzizim.
Görən dözərsənmi həsrətimə sən.
Dözərsən bilirəm.Sənə min əhsən.
Indi qulağımda səslənən “eh”sən,
Söyləmə gəl mənə yalan, əzizim.
Bilirsən,məhəbbət hər vaxt bal dadıb,
Azca sarıl dadıb, azca al dadıb.
Bir kəlmə sözüylə məni aldadıb.
Ağlımı başımdan alan əzizim.
Kimsəyə açılmaz pünhan sirr olaq,
Rəngi qaralmayan inci, dürr olaq.
Gəl yenə görüşək,yenə bir olaq,
Olmasın eşqimiz nalan,əzizim.
Kayıt Tarihi : 23.6.2020 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!