Nələr gözləyirdim nələr taledən,
Osa mənim ilə oyun oynadı.
Heç uzaq olmadım kədərdən,qəmdən
Xoşbəxt etməyinə boyun olmadı.
Nə bir söhbət oldu,nə bir söz oldu,
Təkcə qəlblərimiz danışdı bizim.
Xəbislər həmişə bizə göz oldu,
Həsrətdən söz açdı mavi dənizim.
Şəbnəm tək parlayır gözümün yaşı,
Ürəyim yamanca sıxılır indi.
Yenə də göynəyir könlümün başı,
Ömrümdən gərəhim çıxılır indi.
Bu gün Sevgi günü.Müqəddəs,əziz,
Şeirimlə mən səni təbrik edirəm.
Ürəyim çağlayan qəmli bir dəniz,
Sənin işığında mən yol gedirəm.
Gedirəm,nə vaxtsaqurtarar bu yol,
Onda birləşərik əbədilik biz.
Bu ömrün kədəri,qüssə-qəmi bol,
Bir rahatlıq tapar nakam eşqimiz.
Kayıt Tarihi : 16.6.2018 10:43:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!