Nura axışan ümidlər,
Gizlin baxışan ümidlər,.
Qəlbə sığışan ümidlər,
Dağıldı, yaman dağıldı.
Çətin açıla kor düyün,
Hanı telini hördüyün?
Mənim ilə bir gördüyün,
Nağıldı, zaman, nağıldı.
Qapımı külək döyərmi,
Açsam “necəsən”-deyərmi.
Demə adamda dəyərli.
Ağıldı, aman, ağıldı.
25.01.2019
Kayıt Tarihi : 26.1.2019 14:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!