Namərddən uzaq ol,yapış mərdindən,
Baş aça bilməzsən düşmən fərdindən.
Daha dözəmmirəm,sənin dərdindən
Əriyib könlümün yağı,sevgilim.
Mənə tək həsrət.möhnət qalınca,
Ayrılıq köçünü bizdən salınca.
Inan,əgər desən sənin dalınca,
Aşaram ən uca dağı,sevgilim.
Nifrətim düşmənə sancılan bir ox,
Daha məndə taqət,dözüm yoxdur,yox.
Nə edim.mən səni çox sevirəm,çox.
Gözümün qarası,ağı sevgilim.
Ayrılıq köçünü bizdən salınca,
Mənə tək həsrəti-möhnət qalınca.
Inan ki istəsən sənin dalınca,
Aşaram ən uca dağı,sevgilim.
Soruşdum hicranın səbəbi nədir,
Məcnun da gözündə bir divanədir.
Səninçün məhəbbət mif,əfsanədir.
Danışma gəl mənə nağıl,sevgilim.
Başından düşməsin xoşbəxtlik tacın,
Olmasın ömründə bir ağrln-acın.
Sənin daha mənə yox ehtiyacın,
Vermərəm heç sənə ağıl,sevgilim.
Aludə olmaram eşq şərbətinə,
Sevinc inanmayır söz-söhbətinə.
Əgər xain çıxsan məhəbbətinə,
Qırılmış muncuq tək dağıl,sevgilim.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:42:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!