Istidən durmaq olmur,
Yay günəş həvəslidir.
Güldən ev qurmaq olmur,
Payız yel nəfəslidir.
Şimal dönüb Şərq olar,
Yer-göy ətrə bərq olar.
Hər yan nura qərq olar,
Bahar işıq səslidir.
Minbir fərəh oyadar,
Dünyanı ağ boyadar.
Uşaqlığım qayıdar,
Qış nağıllar fəslidir
Kayıt Tarihi : 30.12.2019 06:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!