Gecənin uzunu olmur əzizim
Həsrətin ölçüsü ağıla gəlməz.
Quyu su tökməklə dolmur,əzizim
Daha pərilər də nağıla gəlməz.
Daha pərilərin gülməyir üzü,
Divlər də adamı basıb yeməyir.
Bilinməz sevdanın gecə-gündüzü
Varlının qazancın kasıb yeməyir.
Daha qisasını almayır Basat,
Çəkilib kahaya azman Təpəgöz.
Qurulmur obada nə toy, nə büsat,
Nə sağlıq deyilir, nə quruca söz.
11.11.2018
Kayıt Tarihi : 29.4.2018 16:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!