Sevimli rəssamımız, Feysbukun görən gözü
Muxtar müəllimə həsr etdiyim şeir
Ən gözəl rəsmləri,
Çəkib paylaşır Muxtar.
Fırça tutan əllərin,
Rəngə bulaşır, Muxtar.
Hamının sevimlisi,
Ən əziz rəssamıdır.
Çox gözəldir hər işi.
Muxtar rəsm adamıdır.
Şeirlər də yazırıq,
Çəkdiyi şəkillərə.
Rəng içində azırıq,
Qovuşuruq güllərə.
Əlin, qolun var olsun,
Sənin ay Muxtar rəssam.
Tale sənə yar olsun,
Təbiət versin ilham.
Olun xoşbəxt, bəxtiyar,
Tanrı qorusun sizi.
Hələ neçə rəsm var,
Sevindirərsiz bizi,
04.05.2018
Kayıt Tarihi : 7.5.2018 19:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!