İnsançün dünyanın ən gözəl yeri
Sevdiyi gözlərin qarasındadır…
Ən acı xatirə, ən ağır yaddaş
Ən çox sızıldayan yarasındadır….
Həyatda ağlayıb gülməyən insan,
Dostluğun qədrini bilməyən insan,
Sevgisi yolunda ölməyən insan
Boşa yaşayanlar sırasındadır…
Dedilər, məhəbbət insana yarmış,
Sevgisiz bir dünya hər kəsə darmış…
Dedilər, dünyada xoşbəxtlik varmış,
Amma demədilər, harasındadır…
Viranə qoymusan gəlib, ürəyi….
Özünə yer etdin dəlib ürəyi….
Sənə vermişəmsə bölüb ürəyi,
Xoşbəxtlik səndəki parasındadır….
Sənə qarşı gəlmək deyil həddimə,
Bu eşqin dərdini danışım kimə?!
Mənim yaşamağa icazəm, demə,
İki dodağının arasındadır….
Dodaq-dudak
İcazə-izin, müsade
Xoşbəxtlik-mutluluk
Kayıt Tarihi : 11.1.2025 23:49:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!