Müşfiqe Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Müşfiqe

Bir cavan yatağa uzanıb səssiz,
Saymasın özünü tənha, kimsəsiz.
Başının üstündə daim anası,
Oğlunun dərdinə şam tək yanası.

Biçarə dayanıb durubdur ata,
Hey çəkər siqaret, qüssəyə batar.
Gözüyaşlı qalıb, neynəsin bacı,
Bilməyir heç nədir dərdin əlacı.

Yastığı başında bibi-xalalar,
Mərəzin əlindən necə alalar?
Allahım, sən özün rəhm et Müşfiqə,
Tezliklə sağalsın, çıxsın xoş günə.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu