Ayrılıq qılınc tək kəsir,
Hicran yeli yaman kəsir.
Könlüm həsrətinə əsir,
Qəmsə mənə girov düşüb.
Eşq həyatın günəşidir,
Həsrət qəlbin atəşidir.
Sarı tellər gümüşüdür,
Saçlarıma qırov düşüb.
Nə tikan, nə xar istərəm,
Bir vəfalı yar istərəm.
Bəyaz, təmiz qar istərəm,
Ürəyimə Murov düşüb.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!