Gözdə qoyma diləyimi,
Sındırma qol-biləyimi.
Neçə yerdən ürəyimi,
Süngüləyən xatirələr.
Tapıb bəyaz, zərif dürrü,
Sanki əldə edib hürrü.
Gizlədiyim sözü-sirri,
Sərgiləyən xatirələr.
Uçurtma ilham pərimi,
Hər misra bir dərd dərimi.
Neçə-neçə şeirimi,
Dərgiləyən xatirələr.
Bir Günəşdir göydən baxan,
Ildırımdır. tez-tez çaxan.
Mənim təkin gah ağlağan,
Gah güləyən xatirələr.
Qəlbimdən keçəni duyub,
Vüsalın sözünə uyub.
Dəli könlümdə uyuyub,
Mürgüləyən xatirələr.
Kayıt Tarihi : 8.1.2023 16:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!