Müntezirem qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Müntezirem qezel

Sənin ol hicrinə,yarım.elə ki mən dözürəm,
Həsrətin boz kələfin hey ayırır,hey çözürəm.
Başımın üstdə durub heykəl kimi nə istərsən,
Onsuz da həm əmrinə,hər sözünə müntəzirəm.

Qələmin sınsın,fələk,bu nə yazıdır yazmısan,
Məhəbbət ölkəsində o padişah,mən vəzirəm.
Dayanıb qarşımda dağ tək püskürür,əmr verir,
Qızılgül axtarıram,tikanlar içrə gəzirəm.

Nədən qiymət verməyir varlığıma bivəfa yar,
Sanki o dua edən,fitrə verən,mən nəzirəm.
Ayağım altındadır bir vaxt verdiyi süni gül,
Acığım ondan çıxıb tapdalayıban əzirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.9.2018 09:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu