Müqəddəs zülmət içrə xaliq dəha gözümdə,
Sürər rəmzlərim əbədiyyən səfa gözümdə.
Xalid münəvvər sürətilə yetişməz mənə,
Zatən dəmadəm həp kiçilir fəza gözümdə.
Fəryadi-adəm, əfqan, nalə və müdhiş matəm,
Qanlı damarlar təsvir edir səda gözümdə.
Savaş, tənasüx, on altı yaş, təlaşlı bir ruh;
Qəza yazısı edir canə səna gözümdə.
Sədəf qabığın iyirmi səkkiz kərə qırpsam,
Sina titrəyər, həkk olunar Musa gözümdə.
Kayıt Tarihi : 26.10.2020 01:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hikayesi:
Aruz, remel

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!