Günəş rəsmini boyaya,
Dalmısan şirin röyaya.
Xoş gəlmisən bu dünyaya,
Ay nur üzlü Mühəmməd.
Həyatına işıq dolsun,
Səni görcək qüssə solsun.
İlk dediyin “Allah “olsun,
Şirin sözlü Mühəmməd.
Lap çox olsun alqışların,
Minbir rəngli naxışların.
Mənalıdır baxışların,
Gözəl gözlü Mühəmməd.
Nənələrin nəvəsisən,
Babaların nəfəsisən.
Yusifin də həvəsisən,
Çiçək izli Mühəmməd.
Atan üçün ləl-inci ol,
Ananın bal sevinci ol.
Körpələrin ən dinci ol,
Gül bənizli Mühəmməd.
Kayıt Tarihi : 4.4.2023 14:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!