Deməm dərdə əlacam,
Ya da ki başda tacam.
Tanrım, necə möhtacam,
Bir telefon zənginə.
Həqiqətim dirilə,
Böyüyərək irilə.
Mükafatım verilə,
Qalxam göyün ənginə.
Bəzən tək,vahid oldum,
Bəzən də zahid oldum.
Bilmədən şahid oldum,
Qurdla quşun cənginə.
Ilan tək görünmüsən,
Dalımca sürünmüsən.
Yamanca bürünmüsən,
Yalanın al rənginə.
Edirəm çölü seyran,
Gözə görünmür ceyran.
Necə qalmayım heyran,
Muğamın ahənginə.
Kayıt Tarihi : 11.3.2023 07:38:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!