Muğamat Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Muğamat

Neçə vaxtdır ağlamamışdım belə,
Məni məndən necə aldı muğamat..
Dəniz idim,çağlaqmamışdım belə,
Məni nə hallara saldı muğamat.

Ilahidən gələn nidaya bənzər,
“Əlvida”söyləyən vidaya bənzər.
Mən dəniz,o isə adaya bənzər,
Dalğayla təkbətək qaldı muğamat.

Ürəyim ağlayır,gözlərimsə nəm.
Taqətim yox bir danışam,bir dinəm.
Mən güllər içində parlayan şəbnəm,
Lalənin üzündə xaldı muğamat.

Yoxdur tayı nə Turanda,Yəməndə.
Sehri ilə saldı məni kəməndə.
Qəmimlə dost olub şehli çəməndə,
Mənimlə xəyala daldı muğamat.

Sevincəm,nəğmədən coşa gəlmişəm,
Ömür sürüb mən qırx yaşa gəlmişəm.
Dünyaya kədərlə qoşa gəlmişəm,
Həm şirin,həm acı baldı muğamat.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu