Bulud şəkillər çəkir,
Səmada ceyran səkir.
Bilirəm ki min fikir,
Bircə borcu ödəmir.
Varmı arxa-dayağı,
Ümid duman sayağı.
Vəslin sınıb ayağı,,
Heç uzağa gedəmir.
Hanı ilham mələyim.
Söz nurunu ələyim.
Qulağı kar fələyin.
Dediyimi edəmir.
Dilimdə eşq kəlməsi,
Var vüsalın gəlməsi.
Ayrılığın həmləsi,
Qan-yaş edər didəmi.
Ara, axtar tez onu,
Anındaca sez onu.
Başlanıb toy sezonu,
Mübarəkdir qədəmi.
Kayıt Tarihi : 26.5.2022 08:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!