Mübarek gelir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mübarek gelir


Məni kəndirləyən hissiyat ki var,
Nə dəmir bilməyir, nə daş bilməyir.
Xarın ürəyində pis niyyət ki var,
Unutmam heç zaman.Yaddaş silməyir.

Sıcaq arzuların hərarətindən,
Odlana bilmirəm, yana bilmirəm.
Istərəm mən yarın məharətindən,
Onun tək sevgimi dana bilmirəm.

Dünyanın qəribə qanunları var,
Əməl etsən nolur, etməsən nolur.
Vüsalın qəribə ovsunları var,
Vəslə yetsən nolur, yetməsən nolur.

Bəzən kipriklərin aldadar səni,
Ayna qabağında bir-bir sanarsan.
Bəzən təbriklərin bal dadar sənin,
Görünməz atəşə, oda yanarsan.

Bəzən ildırımın şaqqıltısı da
Qulağa həzin bir nəğmə tək gəlir.
Bəzən durnaların qaqqıltısı da,
Insan övladına mübarək gəlir.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.8.2020 06:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu