Ümidin son pilləsi ,
Eh, kimlərə dərs oldu.
Həsrətin sərt şilləsi,
Ah, necə də tərs oldu.
Ağrıyıb da zaman-zaman.
Yeri necə göynədi.
Hicranından aman-aman,
Bilmədim yer-göy nədi.
Acılara hazır olmaq,
Bizlərin işi deyil.
Qəm yurduna nazir olmaq,
Mənim vərdişim deyil.
Sən hamıdan ağıllıydın,
Ya elə görünürdün?
Şeirliydin, nağıllıydı,
Qəlbimlə döyünürdün.
Səni sevmək kimə asan,
Kimə çətin olardı.
Sən nəsənsə elə osan,
Kaş ki mətin olardım.
Unudardım an içində,
Olanları, keçəni.
Könlüm yenə qan içində,
Addımlayır küçəni.
O küçədə izlərin var,
Donub qalan təbəssüm.
Ağlar qalan sözlərim var,
Bir də yalan təbəssüm.
Kim bilir nə çəkdiyimi.
Addımlarım sayılmır.
Önündə diz çökdüyümün
Xatirəsi ayılmır.
Nə müddətdir gözləyirəm,
Bəlkə geri dönəsən.
Işığını özləyirəm,
Qorxuram ki sönəsən.
Bir müqəddəs arzu kimi.
Qəlbimdəsən hər zaman.
Əlçatmayan ruzi kimi,
Sevimlisən sən yaman.
Gözlərimin qarasında,
Kədər yuva salıbdır.
Gör dünyanın harasında,
Möcüzələr qalıbdır.
Gəl əlindən tutum gedək
Möcüzə diyarına.
Qəhərimi udum, gedək
Bəlkə həsrət barına.
Kayıt Tarihi : 7.5.2018 18:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/07/mocuze-diyari.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!