Tale qatdı aşına kül,
Səpim qara daşına gül.
Qoy mən olum başına tül,
Duman, məni qabaqlama.
Ayrılığı yıxım, gedim.
Vəslin əlin sıxım, gedim.
Öz yolumla çıxım gedim
Zaman, məni qabaqlama.
Şadlıq, fərəh göyə ərsin,
Dərd önündə sinə gərsin.
Ümidlərim tez göyərsin,
Güman, məni qabaqlama.
Kayıt Tarihi : 29.6.2018 07:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!