Mixaylo dastanı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mixaylo dastanı

Uzaq, yad sahillərdə,
Bir qərib məzar vardır.
Yazda ətrafı çiçək,
Qışdasa üstü qardır.

Azərbaycan oğludur,
Qərib məzarda yatan.
Günəş tək sübh doğulub,
Ay kimi erkən batan.

Mehdidir onun adı,
Çağrılırdı Mixaylo.
Vətən qismət olmadı,
Qəriblikdə qaldı o.

Abşeronda doğulan
Mehdi rəsm çəkirdi.
Bənzədirdi nağıla,
Gül üstə sis çökürdü.

Elə təbiidir ki ,
Çəkdiyi natürmotlar.
Sanki kişnəyəcəkdir
Indicə köhlən atlar.

Hərdən partizan –şair,
Gözəl şeir yazardı.
Vətən ab-havasının,
Içindəcə azardı.

“Süd verib qoynunda bəslədin məni,
Mən sənin gözünə qurbanam, Vətən.
Qoymaram incidə yad ellər səni,
Bil ki etibarlı oğlunam,Vətən”

Uzaq Adriatikdə,
Sülh üçün döyüşdü o.
Əli daim tətikdə,
Fazişmlə öc düşdü o.
......

Səksən il bundan əvvəl,
Başladı müharibə.
Faşist Almaniyası
Vurdu dünyaya zərbə.

Dünyanı işğal etmək,
Hitlerin baş planı.
Dəli arzuya yetmək,
Məqsədiydi ilanın.

Nə uşaq, nə də qoca,
Vecinə deyildi ki.
Adı ikicə heca,
Nifrətə geyildi ki.

Sanki bütün dünyanın,
Ağası olacaqdır.
Qərb də, Şərq də faşizmin
Adası olacaqdır.

Bax, həqiqət belədir,
Taun kimi faşizm.
Zalım Hitler əmr elədi,
Məhv oldu humanizm.

Düşmən vermədi aman,
Nə kişiyə, qadına.
Dünya oldu qalanan,
Faşistlərin oduna.

Yandı körpə uşaqlar,
Ölüm kamerasında.
Əsdi soyuq sazaqlar,
Müharibə erasında.

Hamı Hitlerin qulu.
Köləsiymiş sən demə.
Kim sevməsə bu yolu,
Öləsiymişsən demə.
.....
Vətən müharibəsində.
Iştirak etdi Mehdi.
Düşmənin üzərinə.
Igid tək getdi Mehdi.

Neçə-neçə faşisti,
Etdi qanına qəltan.
Düşmənə əsir düşdü,
Sanki dayandı zaman.

Çox ağır olar fəqət,
Insan düşərsə əsir.
Bunca əzab, həqarət,
Gətirər şənə kəsir.

Əsirlikdən qaçaraq
Igid partizan oldu.
Düşmənə od saçaraq,
Dillərdə dastan oldu.

Mixaylodan od kimi,
Çox qorxurdu almanlar.
Düşmənə nifət- kini,
Zülmü görənlər anlar.

Qərargah partlatmışdı.
Ölmüşdü neçə zabit.
Körpülər odlamışdı,
Döyüşlər qeyri-sabit.

Kino-teatrı həmən,
Gizlin minalamışdı.
Məhv edib neçə düşmən,
Qisasını almışdı.

Ah, günlərin birində,
Mühasirəyə düşdü..
Əsgər andı dilində,
Ölüm ilə öpüşdü.

Ürəyinəcə sıxdı,
Əsir düşməsin deyə.
Elə o anda qalxdı,
Mehdinin ruhu göyə.

Indi Ana vətənin,
Mavi səmasındadır.
Şəkillərdən boylanan
Gözəl simasındadır.

Sovet İttifaqının,
Qəhrəmanıdır Mehdi.
Azad Azərbaycanın,
Şöhrət-şanıdır Mehdi.

Onun abidəsini,
Daima yad edirik.
Verib şer töhfəsini,
Ruhunu şad edirik.

Bu gün işğal edibdir,
Qarabağı erməni.
Alcaq alman faşistdən,
Yoxdur ki onun fərqi.

Bir gün igidlər üçün,
Hərbi marş çalınacaq.
Işğaldakı torpaqlar.
Geriyə alınacaq.

Şəhid ruhuyla birgə
Mehdilərin ruhu da,
Sevinib şad olacaq.
Vətən azad olacaq.
Vətən abad olacaq.
05.11.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 16.11.2018 16:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu