Mitinq eyleyer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mitinq eyleyer

Yumub qara gözlərin,
Deyiblər son sözlərin.
Bağlayaraq özlərin,
Yollar mitinq eyləyər.

Dərdini biləni yox,
Göz yaşın siləni yox.
Gedəni-gələni yox,
Yollar mitinq eyləyər.

Arazlaşıb, Kürləşib
Çirkinləşib, kirləşib.
Sonda möhkəm birləşib,
Yollar mitinq eyləyər.

Gah körpüdən keçərlər,
Gah tuneli seçərlər.
Əkiblər ki biçələr,
Yollar mitinq eyləyər.

Aldanmaz qəm nağlına,
Uymaz kədər nağlına.
Baxıb insan oğluna,
Yollar mitinq eyləyər.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu