Mirvari tək göz yaşımı silir də,
Ürəyimdən keçənləri bilir də.
Dərs oxuyar, sinfə girər bir ildə,
Arzularım ümid ilə həmyaşıd.
O günləri xatırlaram anbaan,
Ağrımız da təpki verər canbacan.
Bulud ilə Günəş durar yanbayan,
Həm quruyuq, həm islağıq, həm yaşıq.
Dərdi ancaq dərd çəkəndən dostum, sor,
Səhərədk yatammayır.Yeri qor.
Taleyin yol kəsimində işıqfor,
Həm qırmızı, həm qızılı, həm yaşıl.
Kayıt Tarihi : 19.1.2022 06:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!