Sənsiz şırşır bulaqlar,
Daha coşub çağlamır.
Yaxın deyil uzaqlar,
Ürək dərddən ağlamır?.
Bu qorxulu əhvalatlar.
Bu qaranlıq guşələr.
Ayrılıqdan qorxub çatlar,
Parıldayan şüşələr.
Ay işığı həmdəm olmur,
Göz yaşıma, əzizim.
Xoşbəxtliyim hər dəm olmur,
Özbaşına, əzizim.
Ciddiyətə almır bəzən,
Məni yaxın dost-tanış.
Xoş xəyala dalmır bəzən,
Ruhumda min aldanış.
Bu ömürdü, gəlib keçər
Bircə göz qırpımında.
Ürəyimi dəlib keçər,
Həyatdan qırılım da...
Kayıt Tarihi : 19.3.2020 15:20:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/19/min-aldanis.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!