Telini hicranın əli yolsa da,
Ağrıdan qapqara gözü dolsa da
Vüsalın şirnisi bircə olsa da,
Həsrətin acısı milyondu, heyf.
Fikirlər müxtəlif, çürüyü vardır,.
Yandırar atəşi, körüyü vardır.
Sanırdım upuzun hörüyü vardır,
Sən demə başında şinyondu, heyf.
Deyən susayıbdır fələk qanıma,
Hərarət salıbdır soyuq canıma.
Gün düşdü kölgəli xanimanıma,
Bəyaz libasını soyundu, heyf.
Baş verən qəlbinə lap öncə dolan,
Bir az nəvazişlə, çox incə dolan.
Bizimçün zamanla əyləncə olan,
Eh, çərxi-fələkçün oyundu, heyf.
Siz ey xatirələr, qapımı döyün.
Hərəniz bir sözlə mənicə öyün.
Qəfil uçub getdi ərköyünlüyüm,
Ey həsrət,tək sənin toyundu, heyf.
Kayıt Tarihi : 25.2.2021 05:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!