Mezeli şiir. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mezeli şiir.

Görərək sevdanın mahi-camalın.,
Sanki uçub getdi ağlım-kamalım.
“Sevmirəm”- söylədim mən bilə-bilə,
Sanırdım dönəcək şeyda bülbülə.

Eh, nə cəh-cəh etdi, nə də oxudu.
Başqa bir gözələ çələng toxudu.
Çələngdə ah, gözəl aləm də vardı,
Güllərin içində laləm də vardı.

Üzümə geyindim sevda niqabın,
Dedim mənsizliyə var imiş tabın.
Sənə yanlış hisslər eylədi diktə,
Sevdamın sonuna qoyuldu nöqtə.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2023 07:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!