Mezar içinde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mezar içinde

Qəmdən könül bağlar qubar,
Dərd ağarmaz, yağsa da qar.
Alıcı yox, satıcı var,
Bir böylə bazar içində.

Sevmək,dostum, böyük qüdrət,
Dözümlüdür saf məhəbbət.
Səni məhv ol, zalım həsrət,
Çapala azar içində.

Çəməndən gül dərib şəndim,
Yol itirən qərib, səndim.
Sənsiz yaman qəribsədim,
Qaldım intizar içində.

Bu nə səda, bu nə ündür,
Görüşümüz sanki dündür.
Vurnuxuram neçə gündür,
Gileynən güzar içində.

Aləm bizdən danışacaq,
Dərdimizlə tanışacaq.
Ruhlarımız qovuşacaq,
Təptəzə məzar içində.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!