Səni xəyalımın pəncərəsindən,
Gizlicə baxmaqla seyr edirəm mən.
Ruhumu dincəldən həzin səsindən,
Qüssəli səhəri xeyr edirəm mən.
Həsrətdən gizlənmək, qəmdən yaşınmaq
Hərdənbir odlanıb, hərdən üşünmək.
Nə gözəl an olur səni düşünmək,
Hissimi, duyğumu şeir edirəm mən.
Ayrılıq sözünü beynimdə oyub,
Göz yaşı tökməkdən əbədi doyub,
Hicranın gözünü yollarda qoyub,
Deyəsən vüsala meyl edirəm mən.
05.08.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:49:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/meylim-vusaladir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!