Mexluksan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mexluksan

Nə bilirsən nədir vəfa, etibar,
Məhəbbətin cücərtisi verər bar.
Özün kimi yoxdur eybəcər, idbar,
Kim deyir ki can alası məxluqsan.

Görmüsənmi bulud dolu səpətək,
Alçalırsan günü gündən təpə tək.
Daşdan daşa çırpılıban ləpə tək,
Son mənzilə yan alası məxluqsan.

Kimsə bir şey qanmadı ki dadından,
Qəlb istədin hər gördüyün qadından.
Ölən kimi adın çıxar yadından,
Məgər ki sən anılası məxluqsan?

Görürsənmi bu ədanı, işvəni,
Tərgit getsin.Az çək daha eşməni.
Nə deyirsə hə deyirsən düşmənim,
Rəqibə dost sanılası məxluqsan.

Zaman sanki qaçır, iti getmədə,
Boş mürada, xam xəyala yetmədə.
Ömür boyu didişmədə didmədə,
Ilk görüşdən tanılası məxluqsan.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 19:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu