Ömrün neçə qanunu var,
Həllin yolu deyil hamar.
Yarəb, məni dardan qurtar,
Zülümü məşq edirəm.
Hanı kəndirin son ucu,
Deyəsən boynumu qucur.
Neynəyim ki mən sonuncu,
Bölümü məşq edirəm.
Ürək saatını qurub,
Axırıncı nəqşi vurub.
Hər gün gecə yarı durub,
Ölümü məşq edirəm.
07.05.2018
Kayıt Tarihi : 7.5.2018 18:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!