Meteor yağışı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Meteor yağışı

Sındırıb könlümün pəncərəsini,
Özünü içəri saldı xəyalət.
Tez-tez vərəqləyib şəcərəsini,
Alaçiy fikirə daldı xəyanət.

Ümidin üzülmüş ayaqlarından,
Selə damcı-damcı qan çisəkləyir.
Buludun süzülmüş dayaqlarında,
Elə qamçı-qamçı can çiçəkləyir.

Fələyin sancısı tutub yenə də,
Dünyaya özü tək körpəsi gəlib.
Zəhəri bal kimi udub yenə də,
Həyatı yaxından görməsi gəlib.

Bu gecə ulduzlar töküləcəkdir,
Meteor yağışı olacaq deyən.
Dan yeri lap tezdən söküləcəkdir,
Göylərin naxışı solacaq deyən.

Mənim “Titanik”im hələ də üzür,
Aysberq heç ona təsir eyləməz.
Xəyalım quş təkin səmada süzür,
Könül sevdiyini əsir eyləməz.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2018 07:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu