Menzil yaxın, yol üzaq Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Menzil yaxın, yol üzaq

Bu istək ki ,bu arzu ki məndə var,
Ömür boyu çəkəcəyəm zülümü.
Bu duyğu ki, bu ürək ki məndə var.
Hiss edirəm yaxınlaşan ölümü.

Ölsəm əgər kim gələcək üstümə,
Ağı deyib yolacaqdır saçını.
Qızılgüllər qoyarsınız büstümə,
Hardan tapım mən olmayan bacını.

Aman dostum, məndən sənə əmanət,
Yaxşı işi yamanlayıb pis demə.
Həmdəminə etmə heç baxt xəyanət,
Gizlədirmiş olanları pisdəmə.

Dağlarımda nə sis qalıb, nə duman,
Dərələrdə sürünməyir çən artıq.
Görüşməyə qalmayıbdır heç güman,
Bilirəm ki dönməyəssən sən artıq.

Fikirlərim hücum çəkir üstümə,
Hər birisi sanki quduz yalquzaq.
Odlanarsam, yığışarsız tüstümə,
Elə bil ki mənzil yaxın, yol uzaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 19:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu