Menzeresiyem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Menzeresiyem

Çətində həmdəmim, dayağım olsan,
Səhrada səpsərin bilağım olsan,
Çaşıb da qəfildən qonağım olsan,
Yoluna xalını mən sərəsiyəm.

Fələkn deyən sənə isti yanaşır,
Bu dostluq şəninə yaman yaraşır.
Ah, mənə baxanda gözün qamaşır
Nur saçan günəşin mən zərrəsiyəm.

Eh, neçə illərdir söz önündəyəm,
Özümü qarsıdan köz önündəyəm.
Maraqlı tablo tək göz önündəyəm,
Dünyanın ən gözəl mənzərəsiyəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu