Mensizliyi göreceksen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mensizliyi göreceksen

Bir gün ölsəm məzarımın başına,
Kimlər ilə gələcəksən,ay qızım.
Sığal çəkib qəbirüstü daşıma,
Qızılgüllər sərəcəksən,ay qızım.

Ruhum sənin yollarına çıxacaq,
Yavaşcadan əllərini sıxacaq.
Qanım sənin damarından axacaq,
Bəyaz çiçək dərəcəksən,ay qızım.

Körpə quş tək qəmgin-qəmgin ötərsən,
Tellərinə qara öpək örtərsən.
Darıxıban məni görmək istərsən,
Dərdə sinə gərəcəksən,ay qızım.

Ötəcəkdir yenə sona bülbüllər,
Saralıban töküləcək sünbüllər.
Açacaqdır qəbrim üstdə al güllər,
Əlvan çələng hörəcəksən,ay qızım

Öz-özünə axacaqdır göz yaşın,
Başın üstdə duracaqdır qardaşın.
O olacaq məndən sonra sirdaşın,
Mənsizliyi görəcəksən,ay qızım.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu