Şirin vüsalımın qədrin bil,gülüm.
Ayrılıq sözünü unut,sil gülüm.
Mənimlə birlikdə sən də gül,gülüm.
Başqa vaxt ürəkdən gülməyəcəksən.
Sən mənsiz yaşaya bilməyəcəksən.
Hərdən çəkir bizi sınağa həyat,
Hərdən qırış salır yanağa həyat.
Baxmayır tanışa,qonağa həyat.
Bir daha dünyaya gəlməyəcəksən.
Sən mənsiz yaşaya bilməyəcəksən.
Sənsiz dünya mənə əbədi sürgün,
Yolunu gözlərəm gözləri süzgün.
Dünyadan gedəri olsan da bir gün,
Mənimçün heç zaman ölməyəcəksən.
Sən mənsiz yaşaya bilməyəcəksən.
Çalış,əməlinlə xarüqə yarat,
Bizə bircə dəfə verilir həyat.
Məni unutmağa çalışsan,heyhat.
Sevinci,kədəri bölməyəcəksən.
Sən mənsiz yaşaya bilməyəcəksən.
Mən idim sakitin,mən idim dincim,
Mən idim mirvarin,mən idim incin.
Itirə bilməzsən daha Sevinci,
Itirsən,göz yaşın silməyəcəksən.
Sən mənsiz yaşaya bilməyəsəksən.
Kayıt Tarihi : 10.6.2018 16:38:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!