Mensiz Meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Mensiz Meni

Göy səmada bulud oldum,
Qəm inləyən bir ud oldum.
Gənc yaşımda şəhid oldum,
Unutmayın siz məni.

Şimşək olub çaxaram hey,
Könlünüzü yaxaram hey.
Yağış olub yağaram hey,
Qucaqlar dəniz məni.

Təskinlik könül aldadar,
Gözünün yaşın daldadar.
Bilirəm ki xatırladar,
Hər cığır, hər iz məni.

Ağrıdan dincəldi canım,
Sökülməz daha al danım.
Hər zaman hər yerdə anın,
Qoymayın mənsiz Məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu